Azərbaycanın 3 güləşçisi dünya çempionatının yarımfinalında
Bakıda güləş üzrə U-17 dünya çempionatı start götürüb.
"Mediasport" xəbər verir ki, ilk gündə Azərbaycanın 5 yunan-Roma güləşçisi mübarizəyə qoşulub.
Onlardan 3-ü yarımfinala vəsiqə qazanıb.
Ömər Salmanov (48 kiloqram), Orxan Həbibli (65 kiloqram) və İsfahan Həsənov (80 kiloqram) finala vəsiqə uğrunda güləşəcəklər.
Emin Baxşəliyev (110 kiloqram) təsnifatda, Qurban Məcnunov (55 kiloqram) isə 1/8 finalda uduzublar.
Qeyd edək ki, mundial avqustun 2-də yekunlaşacaq.
Turnirə ümumilikdə 1100-dən çox qonağın qatılacağı proqnozlaşdırılıb. Azərbaycan yarışda 29 güləşçi ilə təmsil olunacaq.


