Daha iki güləşçimiz dünya çempionatında medal qazandı

Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-20 dünya çempionatı davam edir.
"Mediasport" xəbər verir ki, Azərbaycanın daha iki yunan-Roma güləşçisi medal qazanıb.
Turan Daşdəmirov (55 kq) finalda iranlı Payam Balutakiyə məğlub (3:5) olaraq gümüş mükafatla kifayətlənib.
Fəraim Mustafayev (67 kq) isə yaponiyalı Takaku Suzukiyə qalib (5:4) gəlib və 3-cü olub.