"Buna görə çox qürurluyam, inanıram ki, davamlı olacaq”

"Buna görə çox qürurluyam, inanıram ki, davamlı olacaq”

"Mənə dua edən və dəstək olan hər kəsə minnətdaram. Yarış yüksək səviyyədə və güclü rəqabət şəraitində keçdi. İddialı rəqiblər çox idi".

"Mediasport" xəbər verir ki, bu sözləri yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının üzvü Ziya Babaşov deyib.

63 kq çəki dərəcəsində yarışan idmançı Albaniyanın paytaxtı Tiranada keçirilən reytinq xarakterli “Muhamet Malo” turnirində çempion olmasının bağlı təəssüratlarını federasiyanın mətbuat xidməti ilə bölüşüb:

“Bu, mənim üçün ən önəmli yarışlardan biri idi. Finala qədər yaxşı görüşlər keçirdim. Finalda komanda yoldaşımla qarşılaşdım.

Biz Sakit Quliyevlə dost və komanda yoldaşı olsaq da, xalça üzərində hər birimiz qələbə uğrunda əlimizdən gələni edirik.

Ümid edirəm ki, finala layiq bir görüş nümayiş etdirə bildik.

O, reytinq yarışında ilk medalın vacib olduğunu qeyd edib:

"Bu qələbənin arxasında çox insan – məşqçilər korpusu və komandamız dayanır. Bu uğur onların da əməyinin nəticəsidir. Reytinq turnirində ilk medalımdır. Buna görə çox qürurluyam. İnanıram ki, uğurlarımız davamlı olacaq”.