Batumidə 9 boksçumuz yarışacaq

  Batumidə 9 boksçumuz yarışacaq

Bu gün Gürcüstanda boks üzrə beynəlxalq yarışa start veriləcək.

"Mediasport" xəbər verir ki, Batumidə baş tutacaq turnirdə 6 boksçu Azərbaycanı təmsil edəcək.

Bilalhəbaşi Nəzərov (50 kq), Tağı Nəsibov, Tayfur Əliyev (hər ikisi 60 kq), Əli Abdullayev (65 kq), Abbasqulu Şadlinski (75 kq) və Kənan Nəcəfov (+90 kq) qızıl medal uğrunda mübarizə aparacaqlar.

Laçın Baxış isə turnirdə hakim vəzifəsində iştirak edəcək.