Azərbaycan milli komandası Dünya Seriyasında üçüncü oldu
Gürcüstanda çimərlik güləşi üzrə Dünya Seriyasının 3-cü mərhələsi yekunlaşıb.
"Mediasport" xəbər verir ki, Əşrəf Aşırov (90 kq) yarışı qızıl medalla başa vurub.
Aşırov Vyetnamın Dananq şəhərində keçirilən yarışda da çempion olmuşdu.
Vüsal Əliyev (80 kq) Batumidə bürünc medalı boynundan asıb.
2 medal qazanan yığmamız komanda hesabında 55 xal toplayaraq İran (90) və Gürcüstandan (70) sonra üçüncü yeri tutub.




