"Turan" CEV Çempionlar Liqasında 3-cü raunda vəsiqə qazandı
Qadın voleybolçulardan ibarət “Turan” komandası CEV Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununu keçirib.
"Mediasport" xəbər verir ki, son Azərbaycan çempionu səfərdə Xorvatiyanın “Mladost” klubu ilə qarşılaşıb.
Zaqrebdə keçirilən gərgin matç təmsilçimizin tayb-brek qələbəsii lə yekunlaşıb - 3:2.
Qeyd edək ki, komandalar arasında oktyabrın 20-də Tovuz Olimpiya İdman Kompleksində baş tutan ilk dueldə də tovuzlular qalib gəlmişdilər (3:0).
Ziya Rəcəbovun komandası III raundda Bolqarıstanın “Maritza” komandası ilə üz-üzə gələcək.

