Azərbaycanın UEFA reytinqində hesabına daha 0,250 xal yazıldı
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab görüşündə TNS-i (Uels) məğlub edən “Sabah” Azərbaycanın UEFA reytinqində xallarını artırıb.
"Mediasport" xəbər verir ki, ölkə çempionu səfərdəki (2:1) qələbə sayəsində Azərbaycanın aktivinə 0,250 xal yazdırıb.
Hazırda ölkəmiz 19,563 xalla sıralamada 26-cıdır.
25-ci pillədəki İsrailin 20,750 xalı, 27-ci olan Bolqarıstanın isə 18,313 xalı var.
Reytinqə 98,520 xalla İngiltərə başçılıq edir.
Xatırladaq ki, ötən həftə "Qarabağ", "Sabah" və "Zirə"nin qələbələri ilə hesabımıza 0,750 xal əlavə olunmuşdu.


