Bədavi Hüseynov Azərbaycan millisinin heyətindən çıxarıldı

 Bədavi Hüseynov Azərbaycan millisinin heyətindən çıxarıldı

Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

AFFA-dan "Mediasport"a verilən məlumata görə, "Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynov zədə səbəbindən komandanın toplanışına qoşulmayacaq.

Qeyd edək ki, millimiz təlim-məşq toplanışı çərçivəsində iyunun 7-də Riqada yerləşən “Skonto” stadionunda Latviya futbolçularının qonağı olacaq.

Komandamız iyunun 10-da "Liv Bona Dea Arena"da isə Macarıstan yığması ilə qarşılaşacaq.