Azərbaycanlı hakim Çempionlar Liqasının oyunlarına təyinat aldı

Azərbaycanlı FİFA referisi Əli Cəbrayılov beynəlxalq təyinat alıb.
"Mediasport" xəbər verir ki, o, UEFA Çempionlar Liqasının ilkin mərhələsinin E qrupunun Bolqarıstanda keçirilən oyunlarında ədaləti qoruyacaq.
Cəbrayılov avqustun 27-də keçiriləcək "Viten Orşa" (Bolqarıstan) - "Europa" (Cəbəllütariq) görüşündə 3-cü, həmin gün baş tutacaq "Veilimdorf" (Almaniya) - "Levski" (Bolqarıstan) matçında 2-ci hakim funksiyasını yerinə yetirəcək.
Referi ertəsi gün keçiriləcək "Veilimdorf" - "Viten Orşa" matçına 1-ci hakim kimi təyinat alıb. Qrupun son turunun oyunlarına hələlik təyinat olmayıb.