Şahmatçımız Özbəkistanda keçirilən turnirdə birinci oldu
Özbəkistanda keçirilən "UzChess Cup" ənənəvi beynəlxalq şahmat turniri davam edir.
"Mediasport" xəbər verir ki, son tur ərəfəsində "Challenge" bölməsində qalib məlum olub.
7 xal toplayan Azərbaycan çempionu Məhəmməd Muradlı birinci pillədə yerini təmin edib.
O, sabah son turda Özbəkistan şahmatçısı Jahongir Vahidovla mübarizə aparacaq.
Nəticədən asılı olmayaraq, Məhəmməd Muradlı yarışda birinci pilləni qoruyacaq.


