Naxçıvanda Beynəlxalq Şahmat Gününə həsr edilmiş turnir oldu

Naxçıvanda Beynəlxalq Şahmat Gününə həsr edilmiş turnir oldu

Naxçıvan Şahmat Mərkəzində 20 İyul – Beynəlxalq Şahmat Gününə həsr olunmuş şahmat üzrə tempo turnir keçirilib.

"Mediasport" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə reallaşan yarışda müxtəlif yaş qrupları üzrə ümumilikdə 62 iştirakçı mübarizə aparıb.

Turnir İsveçrə sistemi üzrə 7 turdan ibarət olub.

Yekunda Hüseyn Qənbərli 6,5 xalla birinci yeri tutub.

Aktivində 6 xalı olan digər iki şahmatçıdan əmsal əsas götürülməklə Rəvan Məmmədov ikinci, Fərəməz Quliyev isə üçüncü yerə layiq görülüblər.

Ələkbər Ələkbərli (14 yaş), Oğuz Qəribli (12 yaş), Uğur Qəribli (10 yaş), Tuncay Behbudlu (8 yaş) yaş kateqoriyaları, eləcə də müxtəlif nominasiyalar üzrə fərqlənən iştirakçılar təltif olunublar.

Turnirin keçirilməsində məqsəd Beynəlxalq Şahmat Gününü qeyd etməklə yanaşı, şahmatçılar arasında rəqabət mühitinin formalaşdırılması və yarış təcrübəsinin artırılması olub.