"Qolumu çox çətin günlər keçirən həmvətənlərimə həsr edirəm"

"Konfrans Liqasında mövsümün sonu. Bu, Konfrans Liqası səyahətimizin sonu oldu".
"Mediasport" xəbər verir ki, bu sözləri "Zirə"nin oyunçusu İssa Cibrila UEFA Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin "Hayduk"la (Split, Xorvatiya) cavab matçı haqqında sosial şəbəkə hesabında etdiyi paylaşımda yazıb.
Nigerli futbolçu məyus olduqlarını, lakin inkişaf etdikləri üçün özləri ilə fəxr etdiklərini söyləyib:
"Səhifəni digərinə çeviririk, bütün diqqətimizi yeni mövsümə yönəldirik. Vurduğum qolu çətin günlər keçirən bütün nigerli həmvətənlərimə həsr edirəm. Allahın gücü və lütfü sizinlə olsun. Dəstəyiniz üçün hamınıza təşəkkür edirəm. Bu, sadəcə təxirə salınmadır!".
Xatırladaq ki, "qartallar" Xorvatiyanın "Hayduk" klubuna iki oyunun nəticəsinə əsasən əlavə vaxtda buraxdıqları qolla məğlub olublar (1:1, 1:1, ə.v. 0:1).