Axşam Tofiq Bəhramov adına stadionda anşlaq yaşanacaq
Bu axşam UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Bakıda “Qarabağ” və Ukraynanın “Dinamo” (Kiyev) komandaları arasında keçiriləcək cavab oyununa biletlərin böyük hissəsi satılıb.
Bu barədə "Mediasport"a Ağdam klubunun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, qarşılaşma üçün məhdud sayda bilet qalıb.
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüş saat 20:00-da başlanacaq.
Komandalar arasında ilk görüşdə Kiyev təmsilçisi 1:0 hesablı qələbə qazanıb.


