"Xankəndi şəhər stadionunda beynəlxalq oyunlar keçiriləcək"

"Xankəndi şəhər stadionu UEFA-nın 3-cü kateqoriya standartlarına uyğun olacaq. Burada beynəlxalq əhəmiyyətli oyunlar da keçiriləcək".
"Mediasport" xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov deyib.
Nazir jurnalistlərə açıqlamasında bildirib ki, iki il əvvəl dekabrın 21-də Xankəndi stadionunda 30 ildən sonra futbol oyunu keçirilib:
"Bundan sonra stadionda rekonstruksiya işlərinə başlanılıb. İşlərin gələn ilin yanvar ayında başa çatdırılması nəzərdə tutulur.
Ötən il dekabrın 21-də Xankəndidə badminton üzrə Azərbaycan çempionatı da keçirilmişdi. Bu isə ilk beynəlxalq yarışdır. Çox qürurluyuq. Biz iki il ərzində artıq Xankəndidə beynəlxalq yarış keçiririk”.
Qeyd edək ki, Xankəndi III MDB Oyunlarına ev sahibliyi edən 7 şəhərdən biridir. Burada kamandan oxatma yarışları keçirilir.