“Bakı-Xankəndi” yarışının loqosunun təqdimatı baş tutdu
“Bakı-Xankəndi” Azərbaycan Velosiped Yarışının loqosunun təqdimat mərasimi keçirilib.
"Mediasport" xəbər verir ki, loqo yarışın Təşkilat Komitəsinin iclasında nümayiş etdirilib.
Sonsuzluq işarəsi formasında olan loqo üç variantda təqdim olunub.
Yarış 2026-cı il mayın 10-14-də təşkil ediləcək.
