Bakıda cüdo bayramı: DÇ-nin ilk günündə 4 təmsilçimiz yarışacaq

Bakıda cüdo bayramı: DÇ-nin ilk günündə 4 təmsilçimiz yarışacaq

Bu gün Bakıda böyüklər arasında cüdo üzrə dünya çempionatı start götürəcək.

"Mediasport" xəbər verir ki, Milli Gimnastika Arenasında keçiriləcək birinciliyin ilk yarış günündə yığmamızın 4 üzvü mübarizəyə qoşulacaq.

Qadınlar arasında Şəfəq Həmidova (-48 kq) 1/32 final mərhələsində Madaqaskar təmsilçisi Nataşa Razafindrakalo ilə qarşılaşacaq.

Könül Əliyevanın rəqibi 1/16 finalda çilili Mari Di Varqas Ley olacaq.

Kişilərinin mübarizəsində Balabəy Ağayev (-60 kq) 1/16 finalda Artsiom Kolasau (Belarus) – Dilşot Xalmatov (Ukrayna) görüşünün qalibi ilə üz-üzə gələcək.

Əhməd Yusifov isə Baxrom Boturov (Özbəkistan) – Tumenjarqal Tuvşintur (Monqolustan) cütünün qalibi ilə qarşılaşacaq.

Təsnifat mərhələsinin görüşləri saat 11:30-dan etibarən “CBC Sport” telekanalında, final bloku saat 18:00-dan “İctimai TV”də canlı yayımlanacaq.

Mundial oktyabrın 11-dək davam edəcək.