Elcan Hacıyevdən qızıl, digər iki təmsilçimizdən gümüş medal

Tacikistanın paytaxtı Düşənbədə cüdo üzrə "Böyük Dəbilqə" turnirinə yekun vurulub.
"Mediasport" xəbər verir ki, Azərbaycan idmançıları son yarış günündə uğurlu çıxışları ilə seçiliblər.
Millimizin heyətində 90 kq çəki dərəcəsində Elcan Hacıyevlə Vüqar Talıbov finalda qarşılaşıblar, birinci qızıl medal qazanıb, Talıbov ikinci olub.
100 kq çəkidə təmsilçimiz Camal Qamzatxanov isə yalnız finalda uduzaraq gümüş mükafatla kifayətlənib.
Qeyd edək ki, daha əvvəl 60 kq-da Balabəy Ağayev turnirin qalibi adını qazanmışdı.
Beləliklə, Tacikistana 8 cüdoçu ilə yollanan komandamız yarışı 2 qızıl, 2 gümüş medalla yekunlaşdırıb.