Belindən ciddi xəsarət alan Mikelsin vəziyyəti açıqlandı

 Belindən ciddi xəsarət alan Mikelsin vəziyyəti açıqlandı

"Sabah"ın futbolçusu Coy-Lens Mikelsin qabırğası əzilib.

Bu barədə "Mediasport"a klubdan məlumat verilib.

Misli Premyer Liqasının VII turunda "Karvan-Yevlax"la oyunda zədə alan hücumçu tam tibbi müayinədən keçib.

Müayinənin nəticələrinə əsasən, futboloçunun daxili orqanlarında hər hansı ciddi zədə və ya daxili qanaxma aşkarlanmayıb.

Həkimlərin rəyinə əsasən, futbolçuya qabırğa əzilməsi diaqnozu qoyulub. Mikelsin bərpa müddəti növbəti günlərdə müəyyən ediləcək.

Qeyd edək ki, hücumçu matçın sonlarında rəqib qapıçı Kamran İbrahimovla toqquşduqdan sonra xəstəxanaya aparılıb. Qarşılaşma "Sabah"ın qələbəsi ilə yekunlaşıb - 2:0.