Yassin Benzia özünə klub tapdı

Yassin Benzia özünə klub tapdı

"Qarabağ"dan ayrılan Yassin Benzia özünə yeni klub tapıb.

"Mediasport" xəbər verir ki, Əlcəzair milli komandasının üzvü karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

30 yaşlı yarımmüdafiəçi "Əl Feyha" klubu ilə anlaşıb. Benzia paytaxt Riyad təmsilçisi ilə 1 illik müqavilə bağlayıb.

Qeyd edək ki, vinger 2023-2025-ci illərdə "Qarabağ"da çıxış edib.