"Biləsuvar" və "Ağstafa Gəncləri" 2-ci Liqa üçün pley-off oyununa çıxır

"Biləsuvar" və "Ağstafa Gəncləri" 2-ci Liqa üçün pley-off oyununa çıxır

Bu gün Azərbaycan 2-ci Liqasına vəsiqə uğrunda pley-off oyunu baş tutacaq.

"Mediasport" xəbər verir ki, Region Liqasının gümüş mükafatçısı "Biləsuvar" və 2-ci Liqanı 11-ci bitirən "Ağstafa Gəncləri" komandaları Yevlaxda keçiriləcək matçda üz-üzə gələcəklər.

Qarşılaşma "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq.

Xatırladaq ki, cütün qalibi 2026/2027 mövsümündə 2-ci Liqada mübarizə aparacaq.

Azərbaycan 2-ci Liqası. Pley-off

29 may

16:00 "Biləsuvar" - "Ağstafa Gəncləri"

Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Ruslan Quliyev

VAR: Rauf Cabarov

AVAR: Zöhrab Abbasov

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Yevlax şəhər stadionu.