Kapitan futbolçuları oyuna çıxmağa qoymadı - Bölgədə yeni qalmaqal
Azərbaycan 2-ci Liqasında mübarizə aparan "Sheki City" 27-ci turun "Ağstafa Gəncləri" ilə matçına (1:3) 9 nəfər futbolçu ilə çıxıb.
"Mediasport" xəbər verir ki, bölgə təmsilçisi bu barədə rəsmi sosial şəbəkə hesabı vasitəsilə açıqlama yayıb.
Əyalət təmsilçisinin kapitanı Rəsul İsmayılov komanda yoldaşları Zaur Fərzəliyev, Çərkəz Hüseynov, Mehdi Həşumov və Nazim Bağırovla əlaqə saxlayaraq onlara çempionatın sonuncu turunun matçında iştirak etməmələrini söyləyib.
Kapitan "son oyundur, ödəniş edilməyə bilər, əvvəlcədən ödəniş edilsin" kimi iddialar irəli sürüb.
Əyalət təmsilçisi açıqlamasında qeyd edib ki, klub rəhbərliyi futbolçuların ikinci dövrə ərzində keçirdikləri oyunların və maya qədər olan bütün ayların ödənişlərini edib:
"Klub rəhbərliyi baş verənləri peşəkar futbol prinsiplərinə və klub daxili intizam qaydalarına zidd davranış kimi qiymətləndirdiyini və buna uyğun hüquqi addımlar atılacağı baradə öncədən oyunçulara xəbardarlıq edildiyini açıqlayıb".


