"Bir az yorğunluq var"

"Bir az yorğunluq var"

"Komanda tam hazırdır. Rəqibi yaxından tanıyırıq. Uzun yol gəldik. Dünən demək olar ki, bütün günü yolda olduq".

"Mediasport" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Mütəxəssis UEFA Avropa Liqasının "Vestri" ilə İslandiyada baş tutacaq cavab oyunu barədə düşüncələrini bölüşüb:

"Bir az yorğunluq var. Buna baxmayaraq, inanıram ki, futbolçular sabahkı matça hazır olacaqlar.

Hava şəraiti yaxşıdır. Əsl futbol havasıdır.

Heyətdə dəyişikliklər ola bilər. Sabaha kimi vaxtımız var".

Xatırladaq ki, Ağdam klubu Bakıda keçirilən ilk matçda 3:0 hesablı qələbə qazanıb.