"Sabah"dan ayrılan futbolçu Premyer Liqanın digər klubunda
Yeni mövsümdə Premyer Liqada mübarizə aparacaq “Şəfa” növbəti transferini reallaşdırıb.
"Mediasport" xəbər verir ki, paytaxt klubu Nicat Mehbalıyevi heyətinə qatıb.
25 yaşlı qapıçı ilə 1 illik müqavilə imzalanıb.
Son olaraq “Sabah”ın formasını geyinmiş Mehbalıyev Azərbaycan çempionu və kubokun qalibi olub.
"Qəbələ"nin yetirməsi “Qarabağ” və “Sumqayıt”da da çıxış edib.


