“Bir il əvvəl bu komanda üçün çox şey sual idi - Bu gün isə..." - FOTO
“Bir il əvvəl bu komanda üçün çox şey sual idi. Bu gün isə artıq cavabı meydanda vermişik. İlk mövsümümüzdə Premyer Liqanın nə qədər ağır olduğunu gördük".
"Mediasport" xəbər verir ki, bu fikirlər "İmişli"nin kapitanı Azər Salahlıya məxsusdur.
Aran təmsilçisi müdafiəçisi debütant kollektivlə geridə qalan bir ili dəyərləndirib:
"Təcrübə az ola bilərdi, amma xarakterimiz və motivasiyamız yüksək idi. Hər oyunda, hər mübarizədə bu formanı son ana qədər layiqincə daşımağa çalışdıq.
Kapitan olaraq belə bir kollektivin parçası olmaq mənim üçün qürurdur. Çünki bu komanda təkcə futbol oynamadı — xarakter göstərdi, birlik göstərdi, inam göstərdi.
Azarkeşlərimizə, məşqçilərimizə və son ana qədər bizimlə olan hər kəsə təşəkkür edirəm!".
Qeyd edək ki, əyalət klubu Premyer Liqada ilk mövsümündə elitada yerini qoruyub.



