"Bizə bir az da vaxt lazımdır ki, daha yaxşı çıxış edək"
"Bu oyunda qalib gəlmək mütləq idi. Çünki Premyer Liqada mövsümkəki ilk oyunumuza çıxırdıq".
"Mediasport" xəbər verir ki, bu sözlər "Neftçi"nin futbolçusu Lyubomir Tuptaya məxsusdur.
Slovakiyalı hücumçu Azərbaycan Premyer Liqasının 1-ci turunun "Sumqayıt"la oyunu haqda fikirlərini bölüşüb, komandasının 3:1 hesablı qələbəsini şərh edib:
"Vurduğum qol da yaxşı alındı. Buna görə çox sevinirəm. İşləməyə davam etmək lazımdır.
Hər şey yaxşıdır. Ancaq bizə bir az da vaxt lazımdır ki, daha yaxşı çıxış edək. İşləyirik".


