Bölgə klubunda növbəti sponsor
2-ci Liqada yarışan "Şirvan" FK daha bir sponsorla anlaşıb.
"Mediasport" xəbər verir ki, əyalət klubu ilə HENTR şirkəti arasında tərəfdaşlıq razılaşması əldə olunub.
Anlaşmaya əsasən, şirkətin loqosu klubun rəsmi oyun formalarının arxa hissəsində yer alacaq.
Bu əməkdaşlıq klubun inkişafına dəstək verəcək və tərəflər arasında uzunmüddətli, qarşılıqlı etimada əsaslanan tərəfdaşlığın təməlini təşkil edəcək.
HENTR şirkəti GLOVEX yuyucu tozlarının Azərbaycandakı rəsmi distribütorudur.
Şirkət qeyri-qida sektorunda fəaliyyət göstərərək müxtəlif məhsulların region üzrə distribüsiyası, topdan satışı ilə məşğuldur.
Xatırladaq ki, aranlılar buna qədər GBARU şirkəti ilə də əməkdaşlığa başlayıblar.

