Azərbaycanda bölgə klublarının futbolçularına kütləvi cəzalar

Azərbaycanda bölgə klublarının futbolçularına kütləvi cəzalar

AFFA İntizam Komitəsinin iclası keçirilib.

"Mediasport" xəbər verir ki, iclasda 2-ci Liqa klubları barədə kütləvi cəza qərarları çıxarılıb.

17 may 2026-cı il tarixində II Liqada XXVII turun “Kür-Araz” – “Araz Saatlı” oyununda təşkilati-texniki öhdəliklər pozulduğuna görə “Kür-Araz” komandası 100 manat cərimə edilsin (maddə 68.1);

17 may 2026-cı il tarixində II Liqada XXVII turun “Kür-Araz” – “Araz Saatlı” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə matç gec başladığı üçün “Kür-Araz” komandası 200 manat cərimə edilsin (maddə 57.2);

17 may 2026-cı il tarixində II Liqada XXVII turun “Kür-Araz” – “Araz Saatlı” oyununun 90+2-ci dəqiqəsində “Kür-Araz” komandasının azarkeşləri meydançaya düşərək rəqib futbolçulara fiziki təzyiq göstərdiyinə görə “Kür-Araz” komandasının növbəti mövsümdə ilk 5 ev oyunu azarkeşsiz keçirilsin (99, 86.5);

17 may 2026-cı il tarixində II Liqada XXVII turun “Kür-Araz” – “Araz Saatlı” oyununda təhlükəsizlik tam təmin edilmədiyinə görə “Kür-Araz” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 86.6);

17 may 2026-cı il tarixində II Liqada XXVII turun “Kür-Araz” – “Araz Saatlı” oyununun 90+1-ci dəqiqəsində “Araz Saatlı” komandası meydanı özbaşına tərk etdiyinə görə “Araz Saatlı” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin, “Araz Saatlı” komandası 2000 manat cərimə edilsin (maddə 77.1);

17 may 2026-cı il tarixində II Liqada XXVII turun “Kür-Araz” – “Araz Saatlı” oyununun 90+1-ci dəqiqəsində “Kür-Araz” komandasının 3 nömrəli futbolçusu Eltun Həsənli təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqdan sonra rəqibə qeyri-etik jestlər etdiyinə görə bütün turnirlər daxil olmaqla 8 oyun oyuna buraxılmasın, “Kür-Araz” komandası 1000 manat cərimə edilsin (maddə 45.2, 52.3);

17 may 2026-cı il tarixində II Liqada XXVII turun “Kür-Araz” – “Araz Saatlı” oyununun 90+1-ci dəqiqəsində “Kür-Araz” komandasının 4 nömrəli futbolçusu Nihat Paşayev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 5 oyun oyuna buraxılmasın, “Kür-Araz” komandası 300 manat cərimə edilsin (maddə 45.1);

17 may 2026-cı il tarixində II Liqada XXVII turun “Kür-Araz” – “Araz Saatlı” oyununun 90+1-ci dəqiqəsində “Kür-Araz” komandasının 5 nömrəli futbolçusu Nicat Quliyev rəqib futbolçuya zərbə endirdiyinə görə 5 oyun oyuna buraxılmasın, “Kür-Araz” komandası 300 manat cərimə edilsin (maddə 45.1);

17 may 2026-cı il tarixində II Liqada XXVII turun “Kür-Araz” – “Araz Saatlı” oyununun 90+1-ci dəqiqəsində “Kür-Araz” komandasının 20 nömrəli futbolçusu İbrahim Əliyev rəqib futbolçuya zərbə endirdiyinə görə 5 oyun oyuna buraxılmasın, “Kür-Araz” komandası 300 manat cərimə edilsin (maddə 45.1);

17 may 2026-cı il tarixində II Liqada XXVII turun “Kür-Araz” – “Araz Saatlı” oyununun 90+3-cü dəqiqəsində “Kür-Araz” komandasının 77 nömrəli futbolçusu Museyib Vəlizadə rəqib futbolçuya zərbə endirdiyinə görə 5 oyun oyuna buraxılmasın, “Kür-Araz” komandası 300 manat cərimə edilsin (maddə 45.1);

17 may 2026-cı il tarixində II Liqada XXVII turun “Kür-Araz” – “Araz Saatlı” oyununun 90+1-ci dəqiqəsində “Araz Saatlı” komandasının 4 nömrəli futbolçusu Ramiz Qasımov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün bütün turnirlər daxil olmaqla 8 oyun oyuna buraxılmasın, “Araz Saatlı” komandası 450 manat cərimə edilsin (maddə 45.2);

17 may 2026-cı il tarixində II Liqada XXVII turun “Kür-Araz” – “Araz Saatlı” oyununun 90+1-ci dəqiqəsində “Araz Saatlı” komandasının 3 nömrəli futbolçusu Rüstəm Rüstəmov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün bütün turnirlər daxil olmaqla 8 oyun oyuna buraxılmasın, “Araz Saatlı” komandası 450 manat cərimə edilsin (maddə 45.2);

17 may 2026-cı il tarixində II Liqada XXVII turun “Kür-Araz” – “Araz Saatlı” oyununun 90+2-ci dəqiqəsində “Araz Saatlı” komandasının təhlükəsizlik üzrə meneceri, cəzalı Xəyal Məmmədov meydançaya daxil olaraq rəqib futbolçulara qarşı fiziki güc tətbiq etdiyinə görə 8 oyun oyuna buraxılmasın, “Araz Saatlı” komandası 800 manat cərimə edilsin (maddə 99, 53.3);

17 may 2026-cı il tarixində II Liqada XXVII turun “Kür-Araz” – “Araz Saatlı” oyununda “Araz Saatlı” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Araz Saatlı” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

18 may 2026-cı il tarixində II Liqada XXVII turun “Şirvan” – “Qaradağ Lökbatan” oyununda “Şirvan” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şirvan” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

18 may 2026-cı il tarixində II Liqada XXVII turun “Şirvan” – “Qaradağ Lökbatan” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Şirvan” komandası 500 manat cərimə edilsin (maddə 86.3);

18 may 2026-cı il tarixində II Liqada XXVII turun “Quba” – “Dinamo” oyununda “Quba” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Quba” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

18 may 2026-cı il tarixində II Liqada XXVII turun “Quba” – “Dinamo” oyununun 67-ci dəqiqəsində “Dinamo” komandasının 19 nömrəli futbolçusu Elvin Cahangirli ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Dinamo” komandası 50 manat cərimə edilsin (maddə 17.5, 17.7);

18 may 2026-cı il tarixində II Liqada XXVII turun “Şəmkir” – “Xankəndi” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə matç gec başladığı üçün “Şəmkir” komandası 200 manat cərimə edilsin (maddə 57.2);

18 may 2026-cı il tarixində II Liqada XXVII turun “Şəmkir” – “Xankəndi” oyununun 49-cu dəqiqəsində “Xankəndi” komandasının 7 nömrəli futbolçusu Bəhruz Teymurov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmasın, “Xankəndi” komandası 300 manat cərimə edilsin (maddə 45.1).