Məmmədovun köməkçiləri məlum oldu - "Kəpəz"də 5 yeni məşqçi
"Kəpəz"in yeni baş məşqçisi Azər Məmmədovun köməkçiləri müəyyənləşib.
"Mediasport" xəbər verir ki, məşqçilər korpusuna 5 mütəxəssis daxil edilib.
Etibar İbrahimovla İlkin Verdiyev köməkçi məşqçi funksiyasını icra edəcək.
Vüqar Məmmədov qapıçılarla işləyəcək.
Kərim Diniyev fiziki-hazırlığa cavabdehlik daşıyacaq.
Fərid Məmmədov isə analitik məşqçi kimi çalışacaq.


