"Qarabağ" və "Zirə" Azərbaycana reytinqdə növbəti xalları gətirdi

"Qarabağ" və "Zirə" Azərbaycana reytinqdə növbəti xalları gətirdi

Azərbaycanın UEFA reytinqindəki əmsalında növbəti dəfə çoxalma rəsmiləşib.

"Mediasport" xəbər verir ki, bu, "Qarabağ" və "Zirə"nin avrokubokların I təsnifat mərhələsinin cavab matçlarında da qələbə qazanmalarına görə olub.

Ağdam təmsilçisi UEFA Avropa Liqasında İslandiyanın "Vestri", "qartallar" isə UEFA Konfrans Liqasında Gürcüstanın "Torpedo" klubunu səfərdə 3 cavabsız qolla məğlub edib.

Bununla da ölkəmizin hesabına 0,500 xal əlavə olunub.

Azərbaycanın reytinqinə cari mövsüm ümumilikdə 1,500 xal yazılıb.

Ölkəmiz hazırda 20,062 xalla 26-cı sırada qərarlaşıb. Azərbaycanan öndəki İsrailin 20,750, 27-ci pillədə dayanan Bolqarıstanın isə 18,562 əmsalı var.

Reytinqə 101,852 xalla İngiltərə başçılıq edir.