Bölgə klubunda yeni qapıçı
2-ci Liqa təmsilçisi "Şirvan" növbəti transferini reallaşdırıb.
"Mediasport" xəbər verir ki, aranlılar "Karvan Yevlax"dan ayrılan Əmrah Buludla anlaşıblar.
Gənc qapıçı ilə bir illik müqavilə imzalanıb.
Xatırladaq ki, əyalət klubu daha əvvəl Azərbaycan millisinin sabiq hücumçusu Amil Yunanovu transfer ediblər.


