"Qarabağ" braziliyalı futbolçu ilə 3 illik müqavilə bağladı - RƏSMİ

"Qarabağ" braziliyalı futbolçu ilə 3 illik müqavilə bağladı - RƏSMİ

"Qarabağ" Pedro Bikalyo ilə müqaviləni yeniləyib.

"Mediasport" xəbər verir ki, bu barədə braziliyalı futbolçunun əməkdaşlıq etdiyi agentlik məlumat yayıb.

"Yarımmüdafiəçi Pedro Bikalyonun “Qarabağ”la müqaviləsini yenilədik. Komandanın önəmli oyunçularından biri olan Bikalyo xüsusilə 2025/2026 mövsümündə UEFA Çempionlar Liqasında Azərbaycan klubu üçün yüksək səviyyəli çıxışı ilə diqqət çəkib.

Yeni mərhələdə ona uğurlar arzulayırıq".

Bildirək ki, braziliyalı yarımmüdafiəçi 2029-cu ilin yayına qədər Ağdam klubuna məxsus olacaq.

O, 2025-ci ilin iyunundan "atlılar"ın uğurları üçün çalışır.