"Qarabağ"ın futbolçusundan yazdılar: "Sanki bir az kədərlidir"

Albaniya mətbuatı yenidən "Qarabağ"ın futbolçusu Redon Cica haqda yazıb.
"Mediasport" xəbər verir ki, "FokusNews.al" portalı hücumçunun Ağdam klubundakı durumundan bəhs edib.
Forvardın Azərbaycan çempionunun heyətində işlərinin qaydasında getmədiyi diqqətə çatdırılıb:
"Redon Cica Albaniya çempionatında oynamış ən yaxşı hücumçulardan biridir. Ona görə Albaniyadan ayrılması gözlənilməz olmadı. Lakin "Qarabağ"da məşqçilər korpusunun etimadını qazana bilmədiyi üçün karyerası o qədər də yaxşı getmir.
Azərbaycan klubuna töhfə verməkdə davam etsə də, sanki bir az kədərlidir.
Qeyd edək ki, 2023-cü ilin yanvarından "köhlən atlar"ın düşərgəsində olan Redon Cicanın "Qarabağ"la anlaşması 2026-cı il iyunun 30-na qədərdir.