Azərbaycanı Polşada dünya çempionatında kim təmsil edəcək?

 Azərbaycanı Polşada dünya çempionatında kim təmsil edəcək?

Sabah Polşanın Poznan şəhərində kayak və kanoe üzrə dünya çempionatı start götürəcək.

Azərbaycan Su İdman Növləri Federasiyasından "Mediasport"a verilən məlumata görə, yarışda ölkəmizi Tatyana Smilovenko təmsil edəcək.

Turnir avqustun 30-da yekunlaşacaq.

Xatırladaq ki, Smilovenko iyulda Macarıstanın Seged şəhərində keçirilən gənclər və 23 yaşadək avarçəkənlər arasında Avropa çempionatında gümüş medal qazanıb.