Avropa Konfrans Liqası: 1/4 final mərhələsinə yekun vurulacaq

Bu gecə UEFA Avropa Konfrans Liqasında da 1/4 final mərhələsinə yekun vurulacaq.
"Mediasport" xəbər verir ki, cavab oyunları çərçivəsində 4 matç baş tutacaq.
Yarışın qalibi olmağa əsas favorit "Çelsi" doğma Londonda meydana çıxacaq.
Yarımfinal mərhələsi mayın 1-də start götürəcək.
Avropa Konfrans Liqası. 1/4 final. Cavab oyunları
23:00. “Fiorentina” (İtaliya) - “Selye” (Sloveniya) İlk oyun - 2:1
23:00. “Yagelloniya” (Polşa) - “Betis” (İspaniya) İlk oyun - 0:2
23:00. “Çelsi” (İngiltərə) - “Legiya” (Polşa) İlk oyun - 3:0
23:00. “Rapid” (Avstriya) - “Yurqorden” (İsveç) İlk oyun - 1:0