Millimizin baş məşqçisi: "Bu toplanış bizi daha da birləşdirdi"

Millimizin baş məşqçisi: "Bu toplanış bizi daha da birləşdirdi"

“Bizi bu tsiklin son oyunu gözləyir və bu matçda müsbət nəticə əldə etmək istəyirik".

"Mediasport" xəbər verir ki, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Rəşad Eyyubov deyib.

Mütəxəssis komandamızdan Avro-2027-nin seçmə mərhələsində Cəbəllütariq yığması ilə son matçda gözləntilərini bölüşüb:

"Futbolçularımızdan, onların enerjisindən, inkişaf etmək istəyindən və milli komandaya faydalı olmaq həvəsindən çox razıyam.

Bu toplanış bizi daha da birləşdirdi və onu müsbət nəticə ilə başa vurmaq üçün əlimizdən gələni edəcəyik”.

Xatırladaq ki, pley-off şansını itirən U-21 Cəbəllütariqlə oktyabrın 6-da Masazırdakı “Əlincə Arena”da qarşılaşacaq.

Saat 17:45-də başlanacaq görüş "İdman TV" kanalı vasitəsilə canlı yayımlanacaq.