DÇ-2026: Millimizin Fransa ilə matçına 25 min bilet satıldı

DÇ-2026: Millimizin Fransa ilə matçına 25 min bilet satıldı

Noyabrın 16-da DÇ-2026-nın seçmə mərhələsinin son turu çərçivəsində Bakıda keçiriləcək Azərbaycan - Fransa oyununa satılmış biletlərin sayı açıqlanıb.

AFFA-dan "Mediasport"a verilən məlumata görə, görüş üçün 25 min bilet alınıb.

Hazırda bilet satışı davam edir.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç saat 21:00-da başlanacaq.