Azərbaycan - Belarus oyunu Masazır stadionunda keçiriləcək

Azərbaycan - Belarus oyunu Masazır stadionunda keçiriləcək

Futbol üzrə Azərbaycan millisinin Belarus yığması ilə keçirəcəyi yoldaşlıq matçının yeri və başlanma saatı müəyyənləşib.

"Mediasport" xəbər verir ki, görüş Masazırda yerləşən “Bank Respublika Arena”da baş tutacaq.

Martın 25-də keçiriləcək qarşılaşma saat 21:45-də start götürəcək.