Emin Mahmudov: "Çalışacağıq ki, qələbələrimizin davamını gətirək"
"Möhtəşəm birinci hissə keçirdik. Qol şanslarımız çox idi, amma hamısından istifadə edə bilmədik".
Bunu "Mediasport"a açıqlamasında "Neftçi"nin kapitanı Emin Mahmudov deyib.
Yarımmüdafiəçi çatışmazlıqlar üzərində çox çalışmalı olduqlarını bildirib:
"Belə davam etməliyik. Hələlik heç nəyə nail olmamışıq. Qarşıda 3 ağır oyunumuz var. Çalışacağıq ki, qələbələrimizin davamını gətirək.
Bütün komanda üzvləri baş məşqçinin tapşırıqlarını yerinə yetirmək üçün çalışır. Hələ ki, yaxşı alınır. Amma çalışmağa davam etməliyik".
Təcrübəli futbolçu "Neftçi"nin avrokubok şanslarını da dəyərləndirib:
"Bu barədə yalnız oyundan-oyuna fikirləşirik. Növbəti matçlarda da qalib gəlməliyik. Avrokuboklara getmək istəyirik, sonda bilinəcək".
VİDEO - https://youtube.com/shorts/X1vRH82jNqI?si=kj7PTzHUFGJhAGua
