"Neftçi" daha bir futbolçusu ilə başa çatan müqaviləni uzatmadı

"Neftçi"də daha bir futbolçunun aqibətinə aydınlıq gətirilib.
"Mediasport" xəbər verir ki, Bakı təmsilçisi Filip Ozobiçlə yollarını ayırıb.
Xorvatiyalı yarımmüdafiəçi ilə başa çatan müqavilənin müddəti uzadılmayıb.
2023-cü ilin yayından “Neftçi”də çıxış edən Azərbaycan yığmasının sabiq üzvü bu müddətdə 70 rəsmi oyunda meydana çıxıb, 16 qol vurub.
Xatırladaq ki, "ağ-qaralar" onadək Yeqor Boqomolski, Azər Əliyev, Azər Salahlı, Yuri Matias, Rəhman Hacıyev, Höccət Haqverdi, Rüstəm Samiqullin, Rafael Quzzo, Robert Bauer, Həbib İsmayılov və Dembo Darbo ilə vidalaşıblar.