"Qarabağ" UEFA Çempionlar Liqasının Liqa mərhələsində!

Avrokuboklardakı yeganə təmsilçimiz "Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab matçına çıxıb.
"Mediasport" xəbər verir ki, Qurban Qurbanovun komandası qitənin nüfuzlu klub turnirinin Liqa mərhələsinə gedən yolda "Ferensvaroş"a məğlub olsa da, Liqa mərhələsinə vəsiqəni rəsmiləşdirib.
Tərəflər arasında Macarıstanda baş tutan ilk görüş Azərbaycan çempionunun 3:1 hesablı qələbəsi ilə nəticələnmişdi.
UEFA Çempionlar Liqası. Pley-off mərhələsi. Cavab oyunları
"Qarabağ" (Azərbaycan) - "Ferensvaroş" (Macarıstan) 2:3 İlk oyun 3:1
Qollar: Leandro Andrade, 25, Abdullah Zubir, 45 - Qabi Kaniçovski, 14, Varnabaş Varqa, 55 (pen).
Baş hakim: Kleman Türpin
Baş hakimin köməkçiləri: Nikolya Danos və Aleksis Auqer
Dördüncü hakim: Romen Lissorq
VAR: Jerom Brizar
AVAR: Nikolya Renvil