"Real" "Yuventus"u qəbul edir, "Qarabağ"ın 4 rəqibi üz-üzə gəlir

UEFA Çempionlar Liqasında əsas mərhələnin 3-cü tur görüşləri keçirilir.
"Mediasport" xəbər verir ki, ikinci oyun günündə də 9 qarşılaşma baş tutacaq.
Azərbaycan çempionu "Qarabağ" İspaniyada meydana çıxacaq.
Ağdam klububun rəqiblərindən ikisi - "Çelsi" və "Ayaks" Londonda üz-üzə gələcəklər, digər ikisi - "Ayntraxt" və "Liverpul" isə Frankfurtda qarşılaşacaqlar.
Türkiyənin yarışda yeganə təmsilçisi "Qalatasaray" doğma arenada "Budö Qlimt"i qəbul edəcək.
UEFA Çempionlar Liqası. Əsas mərhələ. 3-cü tur
20:45 "Atletik" (İspaniya) - "Qarabağ" (Azərbaycan)
20:45 "Qalatasaray" (Türkiyə) - "Budö Qlimt" (Norveç)
23:00 "Real" Madrid" (İspaniya) - "Yuventus" (İtaliya)
23:00 "Ayntraxt" Frankfurt (Almaniya) - "Liverpul" (İngiltərə)
23:00 "Çelsi" (İngiltərə) - "Ayaks" (Niderland)
23:00 "Monako" (Fransa) - "Tottenhem" (İngiltərə)
23:00 "Bayern" Münhen (Almaniya) - "Brügge" (Belçika)
23:00 "Sportinq" (Portuqaliya) - "Olimpik" Marsel (Fransa)
23:00 "Atalanta" (İtaliya) - "Slaviya" (Çexiya)