İran yığması güclü Belçika millisindən 1 xal qopara bildi
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyində futbol üzrə 23-cü dünya çempionatı davam edir.
"Mediasport" xəbər verir ki, ikinci tur çərçivəsində daha bir matç G qrupunda keçirilib.
İlk turda Misir futbolçuları ilə bərabərə (1:1) qalan güclü Belçika yığması bu dəfə İran millisinin müqavimətini qıra bilməyib - 0:0.
Qrupun Yeni Zelandiya - Misir matçı səhər üzü saat 05:00-da baş tutacaq.
Xatırladaq ki, aktivində iki xalı olan Belçika yığması son turda Yeni Zelandiya, İran komandası isə Misirlə qarşılaşacaq.


