"Qarabağ"ın "Benfika" ilə matçının biletləri bu tarixdə satışa çıxarılır

Çempionlar Liqasının əsas mərhələsinin ilk turunun "Benfika" (Portuqaliya) - "Qarabağ" matçının biletləri sentyabrın 5-də satışa çıxarılacaq.
"Mediasport" xəbər verir ki, biletlərin qiyməti 40-60 avro (79-119 manat) aralığında dəyişir.
VİP biletlərin qiyməti barədə hələlik məlumat verilməyib.
Xatırladaq ki, "köhlən atlar"ın "Benfika" ilə oyunu sentyabrın 16-da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.