"Araz-Naxçıvan" Cavid Hüseynovla müqaviləyə xitam verdi - RƏSMİ
"Araz-Naxçıvan" baş məşqçi Cavid Hüseynov və məşqçi Zaur İsmayılovla yolları ayırıb.
"Mediasport" kluba istinadən xəbər verir ki, məşqçilərin qüvvədə olan müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verib.
Qeyd edək ki, Cavid Hüseynov bu ilin iyun ayında baş məşqçi təyin edilmişdi.
Hazırda "Araz-Naxçıvan" 6 oyuna 2 xalla sonuncu - 12-ci pillədə qərarlaşıb.

