"Qarabağ"ın Çempionlar Liqası rəqibləri nə etdilər? - VİDEO

"Qarabağ"ın Çempionlar Liqası rəqibləri nə etdilər? - VİDEO

"Qarabağ"ın UEFA Çempionlar Liqasının liqa mərhələsindəki rəqibləri daxili çempionatlarda növbəti oyunlarına çıxıblar.

"Mediasport" xəbər verir ki, "Liverpul" İngiltərə Premyer Liqasının 3-cü turunun mərkəzi qarşılaşmasında "Arsenal"ı məğlub edib (1:0).

"Çelsi" doğma azarkeşlər önündə "Fulhem"i 2:0 hesabı ilə üstələyib.

"Ayntraxt" (Frankfurt) Almaniya Bundesliqasının 2-ci turunda "Hoffenhaym"ı məyus edib (3:1).

"Benfika" Portuqaliya Premyer Liqasının 4-cü turunda səfərdə "Alverka" ilə qarşılaşıb və qələbə qazanıb (2:1).

"Ayaks" Niderland Erediviziyasının 4-cü turunda "Volendam"la heç-heçə edib (1:1).

"Napoli" İtaliya A Seriyasının 2-ci turunda "Kalyari"ni 1:0 hesabl ilə üstələyib.

"Atletik" (Bilbao) İspaniya La Liqasının 3-cü turunda "Betis"i məğlubiyyətə uğradıb (2:1).

"Kopenhagen" Danimarka Super Liqasının 7-ci turunda "Randers"i məğlub edib (5:1).