14-cü tur başlandı: "Şəfa" 2-ci pillədə yerini möhkəmləndirdi

14-cü tur başlandı: "Şəfa" 2-ci pillədə yerini möhkəmləndirdi

Futbol üzrə Azərbaycan 2-ci Lqiasında ikinci dövrəy start götürüb.

"Mediasport" xəbər verir ki, 14-cü turun ilk oyun günündə iki matç keçirilib.

1-ci Liqaya çıxmağa iddialı "Şəfa" inamlı qələbə ilə 2-ci pillədə mövqeyini möhkəmləndirib.

Tura martın 1-də yekun vurulacaq.


Azərbaycan 2-ci Liqası. 14-cü tur


“Qusar” – “Füzuli” 5:2

Qollar: Ə.Məmmədli, 8, 26, 49, O.Qurbanlı, 45+1, E.Tağıyev, 59 - S.Aslanxanov, 11, E.Abbaslı, 68.

Neftçi Futbol Mərkəzi (IV meydança), 13:00

“Şəfa” – “Dinamo” 3:0

Qollar: T.Quliyev, 16, Z.Mərdanov, 37, A.Yunanov, 60.

“ASK Arena”, 14:00


28 fevral (cümə)

“Göygöl” – “Saatlı-Araz”

Göygöl OİK stadionu, 14:00

“Şahdağ Qusar” – “Kür-Araz”

Şamaxı OİK stadionu, 14:00


1 mart (şənbə)

“Hypers Guba” – “Şəmkir”

Quba OİK stadionu, 14:00

“Sheki City” – “Lerik”

Şəki şəhər stadionu, 14:00

“Ağdaş” – “Şimal”

Ağdaş şəhər stadionu, 14:00