Qubada seminar təşkil edildi

Yaponiyada təhsil almış cüdo mütəxəssislərinin Qubada region məşqçiləri üçün seminarı təşkil olunub.
Azərbaycan Cüdo Federasiyasından "Mediasport"a verilən məlumata görə, seminara yerli mütəxəssislər Orxan Səfərov, Asiman Allahverdiyev və yunanıstanlı ekspert Corc Buntakis rəhbərlik edib.
Praktiki sessiyalara yeniyetmə oğlanlardan ibarət yığmanın məşqçisi Kotaro Sasaki də qatılıb.