Hidayət Heydərov Tbilisidə "Böyük Dəbilqə" yarışında iştirak edəcək
Azərbaycan cüdoçuları beynəlxalq turnirlərdə iştirak edəəcklər.
"Mediasport" xəbər verir ki, 11 idmançımız Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək "Böyük Dəbilqə" yarışına qatılacaq.
Martın 20–22-də baş tutacaq yarış Beynəlxalq Cüdo Federasiyasının təqviminə daxildir.
Yığma yarışa kişilərdən ibarət komandanın böyük məşqçiləri Elçin İsmayılov və Robert Kravçik, qadınlardan ibarət komandanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimarın rəhbərliyi altında qatılacaq.
Azərbaycan 7 çəki dərəcəsində 6 kişi, 5 qadın cüdoçu ilə təmsil olunacaq.
Millimizin heyətində Rəşad Yelkiyev, Turan Bayramov (hər ikisi 66 kq), Kamran Süleymanov, Hidayət Heydərov (hər ikisi 73 kq), Camal Qamzatxanov, Kənan Nəsibov (hər ikisi +100 kq), Könül Əliyeva (48 kq), Leyla Əliyeva (52 kq), Südabə Ağayeva, Aytac Qardaşxanlı (hər ikisi 70 kq ) və Madina Kaisinova (78 kq) yarışacaq.
"Böyük Dəbilqə"də 52 ölkədən 406 idmançı (250 kişi, 156 qadın) mübarizə aparacaq.
Həmçinin Dünya Turu seriyasına daxil olan yarışda Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, A kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.
Yığmamızın 16 yeniyetmə cüdoçusu isə Almaniyanın Bad-Blankenburq şəhərində keçiriləcək Türingiya Kubokunda gücünü sınayacaq.
U-18 yaş kateqoriyasında 8 çəki dərəcəsində Sunay Salamova, Zəhra Quliyeva (hər ikisi 40 kq), Nigar Heydərzadə, Pərvin Sevxanlı, Fatimə Abdullayeva (hamısı 44 kq), Könül Eyvazlı (48 kq), Tövsiyyə Babayeva (52 kq), Gülnaz Məmmədtağıyeva, Səma Vəlizadə, Yağmur Əhmədzadə (hamısı 57 kq), Nəzakət Vəliyeva, Türkan Məmmədli, Zilan Hüseynli (63 kq), Rəna Əhmədova, Məsumə Məmmədli (hər ikisi 73 kq), Zemfira Əliyeva (+70 kq) tatamiyə çıxacaq.
Turnirdə idmançılara yeniyetmə qızlardan ibarət millinin baş məşqçisi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik edəcək.
