Cüdo millimiz DÇ-nin komanda yarışında da uğursuz çıxış etdi

Cüdo millimiz DÇ-nin komanda yarışında da uğursuz çıxış etdi

Azərbaycan millisi Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan cüdo üzrə dünya çempionatının qarışıq komanda yarışında uğursuz çıxış edib.

"Mediasport" xəbər verir ki, yığmamız 1/8 finalda Almaniyaya uduzaraq (1:4) mübraizəni erkən başa vurub.

Komandamızdan yalnız Zelim Kotsoyev (90 kq) qələbə qazanıb. Yığmamızın heyətində Hidayət Heydərov, Rəşid Məmmədəliyev (hər ikisi 73 kiloqram), Elcan Hacıyev, Vüqar Talıbov (hər ikisi 90 kiloqram), Zelim Kotsoyev, Uşanqi Kokauri (hər ikisi +90 kiloqram), Gültac Məmmədəliyeva, Fidan Əlizadə (hər ikisi 57 kiloqram), Aytac Qardaşxanlı (70 kiloqram) və Nigar Süleymanova (+70 kiloqram) yer alıblar.

Tatmiyə çıxanlardan Elcan Hacıyev (90 kq), Fidan Əlizadə (57 kq), Aytac Qardaşxanlı (70 kq) və Nigar Süleymanova (+70 kq) məğlub olublar.

Qeyd edək ki, mundialın fərdi yarışlarına 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) ilə yollanan Azərbaycan millisi 3 bürünc medal qazanıb. Zelim Tçkayev (81 kq), Elcan Hacıyev (90 kq) və Zelim Kotsoyev (100 kq) 3-cü yeri tutublar.