Millimizin 19 üzvü Çexiyada təlim-məşq toplanışında iştirak edir

Azərbaycan cüdoçuları Çexiyanın Nimburk şəhərində təlim-məşq toplanışında iştirak edirlər.
"Mediasport" xəbər verir ki, hazırlığa millinin 19 üzvü qatılıb.
Avropa Cüdo Birliyinin təşkil etdiyi düşərgəyə 36 ölkədən 824 idmançı cəlb olunub.